
Gürcüstanın daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb
Daxili işlər naziri Qeka Qeladze Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüş keçirib. Oxuməni.az “1tv.ge”yə istinadla xəbər verir ki. məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Daxili İşlər Nazirliyi tərəflərin ölkələr arasında mövcud strateji tərəfdaşlığı müzakirə etmələri haqda məlumat verib.
“Cənubi Qafqaz regionunda cari hadisələr və təhlükəsizlik məsələlərinə toxunulub. Regionun dayanıqlı inkişafı üçün sülh və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Gürcüstan və Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları arasında sıx, səmərəli polis əməkdaşlığına xüsusi diqqət yetirilib. Nazir mövcud nümunəvi tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib və bu prosesdə polis attaşelərinin xüsusi rolunu vurğulayıb” – qurumun məlumatında qeyd olunub.
Almaz Həsənli