Azərbaycan Pakistana 2 milyard dollar həcmində sərmayə qoyacaq

Azərbaycan Pakistana 2 milyard dollar həcmində sərmayə qoyacaq

3 Yanvar 16:20
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Xarici İşlər naziri İshaq Dar arasında telefon danışığı olub. Oxuməni.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Tərəflər Azərbaycanın Pakistana 2 milyard dollarlıq investisiyalarının həyata keçirilməsini müzakirə edib, ikitərəfli münasibətlərin səviyyəsindən razılıq ifadə edib və onların gələcək inkişafının vacibliyini vurğulayıblar.
Bundan əlavə, hər iki ölkə üçün prioritet sahələrdə əməkdaşlıq və Pakistana investisiyalar mexanizmi üzərində işin tamamlanması barədə razılıq əldə olunub.


Oxuməni.az