Təhlükəsiz İnternet Günü: TikTok 2025-ci ilin üçüncü rübündə 32 milyondan çox canlı yayımı bloklayıb

Təhlükəsiz İnternet Günü: TikTok 2025-ci ilin üçüncü rübündə 32 milyondan çox canlı yayımı bloklayıb

11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Aparıcı qısa video platforması olan TikTok istifadəçilərinin təhlükəsizliyini əsas prioritet kimi qorumaqda davam edir və yaradıcılıq üçün rahat mühitin formalaşmasına töhfə verir. Platformanın 24/7 rejimində fəaliyyət göstərən moderasiya sistemi İcma Qaydalarını pozan video məzmunları silir.
Dünya üzrə hər il 10 fevralda qeyd olunan Təhlükəsiz İnternet Günü münasibətilə platforma İcma Qaydalarının pozulmasına görə silinmiş məzmunun sayını növbəti dəfə açıqlayır.
LIVE yayımların təhlükəsizliyi
TikTok LIVE yayımları bütün dünyada getdikcə daha çox populyarlıq qazanır, kontent yaradıcılarına auditoriya ilə birbaşa ünsiyyət imkanı yaradır və platforma bu format çərçivəsində icmanın təhlükəsizliyinə xüsusi diqqət yetirir. Belə ki, 2025-ci ilin üçüncü rübündə İcma Qaydalarının pozulmasına görə dünya üzrə bloklanan LIVE yayımların sayı 32 milyondan çox olub.
Keçən rübdən etibarən TikTok, həmçinin platforma tələblərini pozan məzmunun Monetizasiyasının qarşısını almağa yönəlmiş canlı yayımların monetizasiya qaydalarına əməl olunmasının təmin edilməsi üzrə görülən tədbirlərlə bağlı məlumatları açıqlamağa başlayıb. İlkin mərhələdə yaradıcıların məzmununun qaydalara zidd ola biləcəyini anlamaqlarına kömək edən və dəyişiklik etmək imkanı yaradan xəbərdarlıqlar göndərilir. Pozuntular davam edərsə, TikTok müəllifin LIVE yayımlarda monetizasiya funksiyalarına çıxışını məhdudlaşdıra bilər.
Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok monetizasiya qaydalarını pozan 2.321.813 canlı yayım və 1.040.356 strimerə münasibətdə xəbərdarlıq və demonetizasiya da daxil olmaqla müxtəlif tədbirlər tətbiq edib. 2025-ci ilin üçüncü rübündə isə tədbir görülmüş canlı yayımların sayı ikinci rüblə müqayisədə 69% artaraq 3.914.684 yayım təşkil edib, təsirə məruz qalan strimer hesablarının sayı isə iki dəfədən çox artaraq 2.107.177 nəfərə çatıb. Bu göstəricilər platformanın LIVE yayımlara münasibətdə nəzarət və tədbirlərin tətbiqinə diqqətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.
Platforma dünya üzrə nə qədər məzmun silib
İcma Qaydalarına əməl olunması üzrə Hesabata əsasən, 2025-ci ilin üçüncü rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:
• 200 milyondan çox video silinib.
• Video məzmunun 99,3%-i proaktiv şəkildə — yəni kimsə şikayət etməzdən əvvəl silinib.
• Videoların 94,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib.
Platforma Azərbaycanda nə qədər məzmun silib
2025-ci ilin üçüncü rübündə eyni dövr üçün Azərbaycanda:
• İcma Qaydalarının pozulmasına görə 1.051.646 video silinib.
• Silinən videoların 99,6%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil olmadan əvvəl aradan qaldırılıb.
• Videoların 95,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib ki, bu da qlobal orta göstəricilərdən yüksəkdir.
2025-ci ilin ikinci rübündə isə platforma 880 mindən çox video silib.

TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Oxuməni.az