Məsud Pezeşkiyan İlham Əliyevə zəng etdi

Məsud Pezeşkiyan İlham Əliyevə zəng etdi

11:55
Bəyəndim (1) Bəyənmədim (0)


Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Prezident Məsud Pezeşkiyan dövlət başçımıza İranın Azərbaycandakı səfirliyinə baş çəkdiyinə, İran İslam Respublikasının Ali Lideri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin vəfatı ilə bağlı başsağlığı verdiyinə, həmçinin İrana humanitar yardım göstərmək niyyətinə görə təşəkkür edib.
Naxçıvana hava hücumu ilə bağlı insidentin İranla əlaqəli olmadığını bildirən Məsud Pezeşkiyan baş verənlərin araşdırılacağını vurğulayıb.
Prezident İlham Əliyev İranla bağlı son hadisələr zamanı çox sayda mülki şəxsin həlak olması ilə əlaqədar bir daha başsağlığı verib.
Dövlət başçımız Naxçıvanda baş vermiş insidentin araşdırılmasının vacibliyini vurğulayıb.
Telefon danışığı zamanı dövlət başçıları birgə iqtisadi layihələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Oxuməni.az