VİDEO-Ermənilər barədə bilmədiyimiz həqiqətlər

VİDEO-Ermənilər barədə bilmədiyimiz həqiqətlər

2 Oktyabr 2015 20:43
Bəyəndim (0) Bəyənmədim (0)
Bu məqaləni oxuduqdan sonra başqalarına da oxudun!

BİZ VƏ ONLAR

Bu gün Azərbaycan torpaqlarının 20 faizi erməni qəsbkarlarının işğalı altındadır. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatını yaşamaqdadırlar. Bu isə o deməkdir ki, hər səkkiz nəfərdən biri öz yurd-yuvasından qovulmuş vəziyyətdədir. Bəs görəsən, kimdir ermənilər, niyə bizə düşmən kəsiliblər, nə üçün torpaqlarımıza göz dikiblər, onların buna haqqı varmı və nəhayət, sayca bizdən xeyli az olan bu millət gücü haradan alır?! Suallar çoxdur. Cavablar isə sizə təqdim edəcəyimiz silsilə məqalələrdə veriləcəkdir. Hələliksə hamının bildiyi bir həqiqəti xatırlatmaq istərdik. Orta və yaşlı nəslin nümayəndələri xatırlayırlar ki, sovet dövründə azərbaycanlılar və ermənilər mehriban qonşu şəraitində yaşayırdılar. Daha doğrusu, belə bir düşüncə tərzi bizim milli şüurumuza ekspansiya olunmuşdu. Halbuki, həmin ərəfədə ermənilər üzdə dost olduqlarını göstərməyə çalışsalar da, qəlblərində türk-azəri düşmənçiliyi ideologiyasını yaşadır və bu xəstə təxəyyülü açıq-aydın uşaqlarına təbliğ və təlqin edirdilər. Onların sonrakı dövrlərdəki xəyanətkarlığı bunu sübuta yetirdi.

DÜŞÜNMƏK ÜÇÜN

Bilənlər bilir ki, erməni tanış olmaq istədiyi şəxsə ilk olaraq belə bir sualla müraciət edir: "Hayes, turkes?" Yəni ermənisən, türksən? İlk baxışdan adi bir suala bənzəyən bu müraciət tərzi, əslində, türkafobiyanın elementlərini özündə ehtiva edir. Bu sualı psixoloji ekvivalenti ilə əvəz etsək, görərik ki, erməni şüuru sualı bu cür radikal şəkildə qoymaq istəyir: "bizimkilərdənsən, yoxsa bizim düşmənimizsən?" Qayəsi ədavət, düşmənçilik, psevdoqisas kimi mənfi hisslərlə dolu olan bir milli şüur nə dərəcədə tərbiyəvi, proqressiv və məhsuldar ola bilər? Maraqlıdır...

MƏĞRUR QAFQAZLI OBRAZI

Onlardan fərqli olaraq, Azərbaycan var olduğu gündən bəri heç bir cəmiyyəti özünə düşmən hesab etməmişdir. Lakin tarixin təkamül yolu, yaranmış obyektiv şərait ona dostlar bəxş etməklə yanaşı düşmənlər də qismət etmişdir. İstənilən halda biz kiməsə düşmən kəsilməmişik, sadəcə, bizi düşmən hesab ediblər.

Zaman-zaman azərbaycanlılar müxtəlif müstəvilərdə düşmənləri ilə mərd-mərdanə mübarizə aparmış, bəzən qalib gəlmiş, bəzən məğlub olmuşdur. Ancaq tarixin heç bir mərhələsindən qisas, düşmənçilik hisslərini milli şüura, gələcək nəsillərə transfer etməmişdir. Əksinə, mərhəmət, yardımsevərlik kimi pozitiv məqamları milli kimliyində qoruyub saxlaya bilmişdir. Sözsüz ki, bu da minilliklərlə formalaşan sağlam azərbaycanlı təfəkkürünün göstəricisidir. 20-ci əsrin əvvəllərindən başlayaraq, biz yenə də istəmədən kimlərinsə düşməninə çevrildik. Bir vaxtlar qucaq açıb yer verdiyimiz, son tikəmizi bölüşdüyümüz, dərdinə-sevincinə şərik çıxdığımız ermənilər sonradan "yersiz gəldi, yerli qaç" prinsipi ilə hərəkət etməyə başladılar. Halbuki, Qafqaz mənəvi dəyərlərində mərdlik, sədaqət ən ümdə insani keyfiyyətlərdən sayılır. Bu isə onu deməyə əsas verir ki, hər zaman Qafqaz xalqlarını imperialist qüvvələrə satan, Qafqaz torpaqlarına qarşı satqınçılıq mövqeyində duran ermənilər qafqazlı deyillər. Bəs onda xəstə düşüncəyə malik olan bu insanlar kimlərdir?..

YERİ GƏLMİŞKƏN...

Təbabətdə analoqu olmayan bir xəstəlik mövcuddur. Onun adı "Dövri erməni xəstəliyi"dir. Nə qədər qəribə səslənsə də, bu xəstəliyə yalnız ermənilərdə və ya erməni genlərinə malik olan insanlarda təsadüf olunur. Daha doğrusu, qismən Şimali Afrika zənci yəhudilərində, İraq yəhudilərində və əsasən, yəni 20-25 faiz erməni əhalisində müşayiət olunur. Sindromları tropik qızdırmanı xatırladan, ümumi süstləşməyə, qarın və baş ağrılarına səbəb olan xəstəlik 1930-cu ildən etibarən tibbi ədəbiyyatlara "Maladie Armenienne" (fransızcadan tərcümədə "erməni xəstəliyi") adı ilə daxil olmuşdur. Uzun illər bu problemi araşdıran ABŞ gen mühəndisi doktor Deniel Kasterin fikrincə, bir neçə min il bundan qabaq Afrikanın şimalında, daha dəqiq desək, indiki İraqın və Efiopiyanın ərazilərində analoji genin daşıyıcıları olmuşdur və bu xəstəlik onlardan yayılmışdır. Göründüyü kimi, tibb elmi də dolayısilə ermənilərin Qafqaza Şimali Afrikadan gəlmə olduqlarını sübut edir. Belə ki, genlər mutasiyaya uğrasalar da, əsas keyfiyyətlərini hər zaman qoruyub saxlayırlar.

TARİXİ ARAŞDIRMALAR

Qədim əlifbaları və xəttatlığı araşdıran dünyaca tanınmış alimlər Q.Sevak və D.A.Olderoqqe qədim erməni əlifbasını təhlil edərkən ümumi bir nəticəyə gəlmişlər. Onlar sübut etmişlər ki, bu əlifba cənubi-yəhudi mənşəlidir və demək olar ki, Efiopiya yazı sistemi ilə eynidir. Rus alimi İ.M.Dyakonovun fikrincə isə, erməni dili Hind-Avropa dillər qrupuna aiddir. Onu Qafqazda mövcud olmuş heç bir dil qrupuna aid etmək olmaz. Erməni alimləri də öz elmi araşdırmalarında buna bənzər fikirləri təsdiq edirlər. Məsələn, tanınmış erməni alimi M.Abeqyan yazır: "Hələ Herodotun dövründə, bizim eradan əvvəl 5-ci əsrdə dəqiq bilirdilər ki, ermənilər sonrakı ərazilərinə qərbdən gəlmişlər." Digər bir erməni alimi K.N.Yüzbaşyanın gəldiyi nəticə isə belədir: "Yüzilliklər boyu ermənilərin taleyini İran, Yunan-Roma dünyaları arasındakı əlaqələr təyin edib." Ermənilərin "Qafqaza qədər vətənləri" mövzusunu işləyən Q.A.Kapansyan da açıq-aydın qeyd edir ki, Hayas-Azzi dövləti Fərat, Çorox və Araz çaylarının qovşaqlarında yerləşmişdir. Xatırladaq ki, "Hayas" "Hay" sözündən götürülmüşdür. Ermənilər də özlərini məhz Hay adlandırırlar, indiki dövlətlərini isə Hayastan. O ki qaldı Ermənistan adlandırdığımız əraziyə, adından göründüyü kimi "er" (ər, kişi mənasını verir), "mən" (öz, mən deməkdir), "stan" (ərazi, məkan anlamını daşıyır) əsl türk sözləri olmaqla, həmin diyarın qədim türk məkanı olduğuna danılmaz sübutdur. Deməli, ərlərin məkanı mənasını daşıyan həmin ərazi azərbaycanlıların dədə-baba yurdu olmuşdur. "Hay"lar isə ora gəlmədir.

BUNU TƏKCƏ BİZ DEMİRİK

Bəs görəsən, tarixdə iz qoya bilmiş dahilər ermənilər barədə nə düşünürlər?

Məhşur fars şairi Sədi Şirazi: "Erməni yer üzünün ilanı, insanlığın düşmənidir."

Böyük rus şairi A.S.Puşkin: "Sən qulsan, sən oğrusan, sən ermənisən!"

M.Y.Lermontov əsərlərinin birində obrazın dili ilə: "Ay oğul, niyə döyüş yerini qoyub gəlmişsən? Məgər sən ermənisən?"

İngilis səyyahı Vilson: "Ermənilər acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər."

Tanınmış dinşünas-tarixçi Adam Mets: "Ermənilər dünyanın ən pis ağdərili nökərləridir. Onlar şərəfsizdirlər. Onların oğurluqları çox məşhurdur. Onlar yalnız qorxu və kötək altında sakit olurlar."

Fransız səyyahı Qraf de Şöl: "Ermənilərin hiyləgərliyi çox iyrənc idi, onların etdikləri hərəkətlər elə utancverici və zalımcasına idi ki, onlara yaxın ola bilmirdim."

Dahi sərkərdə Teymurləng: "Böyük ehtimalla, gələcək millətlər məni lənətləyəcəklər, elə buna görə də, erməniləri bir millət saymayaraq darmadağın etmədim."

Rusiyanın İrandakı səfiri məşhur yazıçı A.S Qriboyedov: "Ermənilər elə ədəbsiz və utanmaz tayfadır ki, hara köçsələr, bir müddət sonra bütün dünyaya car çəkəcəklər və iddia edəcəklər ki, həmin torpaqlar onların qədim ana yurdlarıdır."

Məşhur fransız yazıçısı Aleksandr Düma: "Ermənilər həmişə digər dinlərin adamlarının nökəri idi. Onlar yalançı və hiyləgər insanlara döndüklərinə görə fikirlərini, səylərini və hislərini çox yaxşı gizlədə bilirlər."

Roma tarixçisi Tatsit: "Bu millət (ermənilər) ikiüzlü və dəyərsiz millətdir. Onlar həmişə romalılara nifrət edirlər və perfenonlulara paxıllıq edirlər."

Erməni mənşəli amerikalı akademik Abeqyan: "Erməni dili qarışıq dildir. Bununla bərabər, erməni milləti də qarışıqdır."

Məşhur erməni yazıçısı, ABŞ vətəndaşı L.Z.Surmaliyanın "Xanım və cənablar, sizi çağırıram" əsərindən: "Türklərlə ermənilər arasındakı ziddiyyətlərin səbəbi, türk və azəri millətlərinin humanistliyi, qayğıkeşliyi və patriotluğunun əksinə ermənilərin qəddar olmağıdır."

Məşhur rus alimi İ.M.Dyakanov: "Haylar (ermənilər) eradan əvvəl Fərat çayının yuxarı hissəsində vəhşi "nairlər" kimi yaranıblar."

Gürcülərin atalar sözü: "Erməni gəldi, deməli, bədbəxtlik gəldi."

ÜMUMDÜNYA ERMƏNİLƏRİNİN MOSKVADAKI QURULTAYINDAN STENOQRAM

05.10.2003-cü il. Moskva şəhəri, Kremlin qurultaylar sarayı. Rusiyanın o vaxtkı prezidenti V.Putin qurultay nümayəndələrinin sürəkli alqışları ilə səhnəyə çıxır.

V.Putin: "Sağ olun, hörmətli xanımlar və cənablar. Gün aydın, əziz dostlar. "Barevdzes" (ermənicə salam)... Böyük Rusiya islahatçısı çar dahi Pyotr öz qərarlarının birində aşağıdakıları yazmışdır. Maraqlı səslənir: "Erməniləri mümkün qədər tumarlamaq, vəziyyətlərini mərifətli dərəcədə yüngülləşdirmək, daha çox köç etmələri üçün onlarda həvəs yaratmaq lazımdır".. Aradan çox keçmədi, cəmi 300 il. Deyildi, əməl olundu."

Rusiya prezidentinin tarixi qərara istinadən etdiyi çıxışı ermənilərin mümkün qədər gizlətməyə çalışdıqları həqiqəti üzə çıxardı. Dünya ictimaiyyətinə bir daha aydın oldu ki, ermənilərin Rusiya İmperatorluğunun tərkibində olan Qafqaz ərazilərinə köç etmələri hər bir dövrdə Rusiya siyasətinin prioritet sahəsi olub. Məncə, əlavə şərhə ehtiyac yoxdur...

QOYNUMUZDA BƏSLƏDİYİMİZ İLAN

Bəli, hayların (ermənilərin) Cənubi Qafqaz torpağına köçü aborigenlərin deportasiyası hesabına reallaşdı. Təbii ki, onlar buna görə Rusiyaya minnətdar olmaya bilməzdilər. Erməni xislətinin rəngarəng palitrasını nəzərə alsaq, bu minnətdarlığın eybəcər tablosunu görə bilərik. Onların Türkiyəyə, Azərbaycana qarşı zaman-zaman xəyanət etdiklərini hamımız bilirik. Gəlin birlikdə ermənilərin digər etnik qafqazlı olan gürcülərə qarşı işğalçı siyasətinə nəzər salaq.

QURŞAQDAN AŞAĞI ZƏRBƏ

1918-ci ilin 9 dekabr günü. Yenicə yaranmış Ermənistan Respublikasının Daşnak rəhbərliyi gənc Gürcüstan Demokratik Respublikasına torpaq iddiası ilə nota göndərir. Bunun ardınca Ermənistanın atlı eskadronu Axalkalaki rayonuna, ordunun 4-cü polku isə Tiflis quberniyasının Borçalı qəzasına hücuma keçir. Qızğın döyüşlər 31 dekabr tarixinə qədər davam edir. 1919-cu ilin 1 yanvar tarixində Borçalının Sadaxlı kəndində İngilislərin təkidi ilə Gürcüstanla Ermənistan arasında sülh müqaviləsi imzalanır. Nəticədə, Axalkalaki rayonu Gürcüstanın tərkibində qalır, Borçalının cənubu isə Ermənistana verilir. İllər keçəcək, Ermənistan müstəqilliyini bərpa etdikdən sonra Gürcüstanın Axalkalaki rayonuna yenidən iddia edəcək.

1993-CÜ İL

Abxaziya separatçıları Rusiyanın fitnəsi ilə Gürcüstanın suverenliyə qarşı təcavüzə qalxdıqda, təbii ki, ermənilərin onların tərəfində olacaqları heç kimdə şübhə doğurmurdu. Elə də oldu. Qalust Trapizanyan adlı şəxsin komandanlığı ilə Baqramyan adına erməni batalyonu təşkil olundu. Bu bandit dəstə yarandığı gündən bəri nizami Gürcü ordusuna qarşı vuruşmağa başladı. Suxuminin işğalı da məhz bu bandanın fəal iştirakı ilə həyata keçirildi. 16 sentyabr günü erməni əsgərinin son həmlə ərəfəsində dediyi sözləri heç cür unutmaq olmur. Başında beşulduz nişanlı hərbi papağı olan bu terrorçunun çıxışı qısa olsa da, həqiqi erməni mahiyyətindən xəbər verirdi. O, "vətən uğrunda, qələbə uğrunda, ermənilər, sağ olun!" dedikdən sonra araq şüşəsini başına çəkdi...

SON SÖZ ƏVƏZİ:

Bu məqaləni qələmə almaqla biz kimisə təhqir etmək fikrində deyildik. Təhqir və əsəbiləşmə haqsız adamın psixologiyasının fəsadlarıdır. Necə ki, ermənilər dövrü mətbuatda dəfələrlə azərbaycanlılara qarşı subyektiv mövqe nümayiş etdirərək, etik normalardan kənar ifadələr işlətməkdən belə çəkinmirlər. Mövcud məqalə isə elmi araşdırmalara əsaslanan real vəziyyəti təsnif edir.

Əziz oxucu, bu gün biz ermənilərin Qafqaza gəlmə olduqları mövzusunu qismən işlədik. Mümkün qədər onların öz elmi mənbələrinə istinad etməyə çalışdıq. Gəldiyimiz nəticə bizə ermənilərin torpaq iddialarında haqsız olduqlarını deməyə əsas verdi. Təbii ki, yarımbaşlıqlarda təqdim olunan yazıların hər biri dərin araşdırmaların məhsulu, ayrıca məqalənin mövzusu idi. Bunu nəzərə alaraq, yaxın günlərdə erməni həqiqətləri barədə silsilə yazılarla görüşünüzə gələcəyik. Torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq vətəndaşı deportasiya edilmiş cəmiyyətin nümayəndələri olaraq biz həqiqəti bilməyə və təbliğ etməyə borcluyuq. Həqiqət isə birdir, bizim hüquqlarımız ermənilər tərəfindən tapdalanıb və yalnız özümüz tapdalanmış hüquqlarımızı bərpa edə bilərik.

Qocayev Natiq (Qocaman)

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb