Belarus ölkəni mümkün müharibəyə hazırlayır

Belarus ölkəni mümkün müharibəyə hazırlayır

16:06
Bəyəndim (1) Bəyənmədim (0)

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə silahlı qüvvələrinin aktiv təliminin davam etdirildiyini elan etdi. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun sözlərinə görə, Belarus silahlı qüvvələrinin müəyyən bölmələrində məqsədyönlü səfərbərlik aparılır ki, bu da ordunu mümkün müharibəyə hazır saxlamaq zərurəti ilə izah olunur.

Qeyd etmək lazımdır ki, Lukaşenkonun şəxsi əmri ilə Belarus qoşunları döyüş qabiliyyətlərinin genişmiqyaslı və gözlənilməz sınaqdan keçirilməsi üçün 16 yanvar tarixindən etibarən həyəcan vəziyyətinə gətirilmişdi.
"Sonra, söz verdiyim kimi, bölmələri müharibəyə hazırlamaq üçün seçmə şəkildə səfərbər edəcəyik", - deyə o, Belarus müdafiə naziri Viktor Xreninlə görüşdə bildirib.

Xreninin bir gün əvvəl danışıqlar zamanı qeyd etdiyi kimi, hakimiyyət orqanları artıq 2026-2030-cu illər üçün yeni dövlət silahlanma proqramı üçün büdcə ayırıblar. O, bu planların həyata keçirilməsi üçün "əhəmiyyətli vəsait" ayırmağı planlaşdırdıqlarını bildirib. Nazir həmçinin təhlükəsizlik xidmətlərində "perspektivli işçilərin" seçilməsinə şəxsən nəzarət edəcəyinə söz verib.

Əziz MUSTAFA