Türkiyə məktəb proqramında "Mərkəzi Asiya" termini "Türkistan" ilə əvəz olunub
Türkiyə Milli Təhsil Nazirliyi məktəb proqramında istifadə olunan bir sıra tarixi və coğrafi terminlərdə dəyişikliklər edib. Yenilənmiş proqrama əsasən, "Mərkəzi Asiya" termini "Türkistan" ilə əvəz olunub. Oxuməni.az xəbər verir ki, Türkiyə Milli Təhsil Naziri Yusif Tekin yeni dəyişikliklər barədə məlumat verib.
İstanbulda, Çamlıca Məscid Kompleksində yerləşən 1071 Konqres Mərkəzində keçirilən "Təhsilin Qəlbində Ramazan" tədbirində çıxış edən nazir Tekin, yeni tədris proqramında Qərb konsepsiyalarının yenidən nəzərdən keçirildiyini qeyd edib.
Dəyişikliklər Türkiyə Milli Təhsil Nazirliyinin yeni təhsil modeli çərçivəsində hazırlanıb.
Həmçinin, tədris materiallarında "Səlib yürüşləri" ifadəsi əvəzinə "Səlib hücumları" termini, "Egey dənizi" adı isə "Adalar dənizi" ilə əvəz olunub.
Bundan əlavə, "Böyük coğrafi kəşflər" termini "Kolonializmin başlanğıcı" ifadəsi ilə əvəz olunub.
Türk dünyası üçün ortaq tarix, coğrafiya, ədəbiyyat, xəritələr və əlifba yaratmaq istiqamətində aktiv addımların atıldığı bir dövrdə, Milli Təhsil Nazirliyinin "Türkistan" terminini uşaqlar üçün də daxil olmaqla dərsliklərə daxil etmək qərarı əhəmiyyətli bir dəyişiklikdir. Bu transformasiya təkcə Türkiyə üçün deyil, bütün türk dünyası və türk dövlətlərinin tərəfdaş ölkələri üçün də mühüm bir başlanğıc və dəyərli bir töhfədir.
Ekspertlər qeyd edirlər ki, bu dəyişiklik türk dünyasında əlaqələri gücləndirmək, o cümlədən ortaq tarix, ədəbiyyat, xəritələr və əlifba yaratmaq daxil olmaqla, daha geniş strategiyanın bir hissəsidir.
Almaz Həsənli






























.jpg)

.jpg)


















































