Rusiyalı müəllim riyaziyyat dərslərində 67 rəqəmini qadağan edib
Pеrmdə bir müəllim riyaziyyat dərslərində 67 rəqəmini qadağan edən zarafatlı elanı sinifə asıb. Oxuməni.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu qərar tərbiyəvi məqsədlə qəbul edilib.
"Podyom" nəşri elanın məzmununu dərc edir. Orada 67 rəqəmini və ya "six-seven" (altı-yeddi) ifadəsini işlədən şagirdlər üçün əlavə tapşırıqlar şəklində cəza nəzərdə tutulurdu: 67 misal həll etmək və ya fənn üzrə 67 təqdimat hazırlamaq.
Təhsil müəssisəsinin rəhbərliyi izah edib ki, məsələləri həll edərkən bu rəqəm uşaqlarda internetdə yayılan bir mem (məşhur internet şəkli, videosu və ya ifadəsi) fonunda coşqun emosiyalara səbəb olub. "Müəllim vəziyyətə sakit və yumorla reaksiya verərək, dərsin gərginliyini azaltmaq üçün elanı asdı", - deyə orada qeyd edilib və əlavə edilib ki, vəziyyət nəzarətə götürülüb. Xüsusilə, profilaktik söhbətlər aparılıb.
"Altı-yeddi" memi (digər adları 6-7 və ya six-seven), basketbol mühitində yaranıb və tezliklə bütün internetə yayılıb. Dictionary.com lüğəti "altı-yeddi"ni 2025-ci ilin sözü elan edib. Bununla belə, orada da onun tərifini verməkdə çətinlik çəkiblər. Belə ki, bəzi uşaqlar bu ifadəni böyüklərin hər hansı bir sualına universal cavab kimi istifadə edirlər.
Almaz Həsənli




























































.jpg)

.jpg)




















