"Azərbaycan ordusu hər an Xankəndiyə girə bilər və girməlidir”

"Azərbaycan ordusu hər an Xankəndiyə girə bilər və girməlidir”

2 Sentyabr 2021 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan elə bu gün hərbi əməliyyatlara başlayaraq, Xankəndidən erməniləri qovub çıxara bilər. Ya vətəndaşlıq alsınlar, ya da bizim torpaqları tərk etsinlər. Azərbaycan ordusu hər an Xankəndiyə girə bilər və girməlidir”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bunu Pravda.az-a açıqlamasında deyib.

Partiya sədri bildirib ki, separatçı rejim Rusiyanın əlində olan bir qrup adamdan ibarətdir: “Onlar sadəcə Rusiyanın əlində alətdirlər. Müstəqil ola bilən elə əvvəldən olardı, indi yox. Bu günü bayram edə bilməzlər. Rusiya öz siyasi oyununu davam etdirir, bir qrup axmaq erməni də ona uyub. Dünən Şuşada yalvarırdılar ki, bizə vətəndaşlıq verin, bizə iş verin. Bu gün yenə oyun oynayırlar. Azərbaycan tərəfi elə kəskin mövqe ortaya qoymalıdır ki, onlar bir də belə iyun oynasalar, başlarının əziləcəyini yaxşı dərk etsinlər. Faktiki olaraq, separatçı rejimin “müstəqilliyindən” və bu “müstəqilliyin” qeyd edilməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, Ermənistan təxribatlara davam edərsə, cavabını almalıdır. Azərbaycan ordusu hər an Xankəndiyə girə bilər və girməlidir”.