UEFA Rusiya komandalarının qayıtmasını əngəlləyəcək

UEFA Rusiya komandalarının qayıtmasını əngəlləyəcək

08:02
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Rusiya komandalarının Avropa yarışlarına qayıtmasına qarşıdır. Qərbi Avropa federasiyalarının əksəriyyəti də belə bir addıma qəti şəkildə qarşı çıxır.
The Guardian qəzeti xəbər verir ki, Avropa Futbol Assosiasiyası (UEFA) Rusiya komandalarının Avropa yarışlarına qayıtmasına qarşıdır.

Qeyd etmək lazımdır ki, bir gün əvvəl BOK Rusiyadan idmançıların buraxılışına qoyulan məhdudiyyəti qaldırdı.

Dərhal Rusiya milli komandasının və klublarının beynəlxalq arenaya qayıtması ilə bağlı müzakirələr başladı. Lakin UEFA bu qərarı dəstəkləmir.

Təşkilat daxilindəki mənbələr UEFA-nın rusların qayıtmasını əngəlləyəcəyini bildirdilər. Qərbi Avropa federasiyalarının əksəriyyəti də təcavüzkar ölkədən idmançıların buraxılışına qəti şəkildə qarşı çıxır. Bu o deməkdir ki, Avropa seçmə turniri UEFA-nın himayəsi altında keçirildiyindən, Rusiya da növbəti Dünya Kubokunda iştirak edə bilməyəcək.

Xatırladaq ki, FİFA BOK-un Rusiya Olimpiya Komitəsinin diskvalifikasiyasını ləğv etmək qərarını nəzərdən keçirəcək.

Əziz Mustafa