Ruslar Meğridən gedənləri yoxlamamış buraxmır-İcma rəhbəri
“Modul məntəqələr təxminən 8-9 ay əvvəl quraşdırılıb”.
Oxuməni.az xəbər verir ki, bunu "Sputnik Ermənistan"-a Meğri icmasının rəhbəri Baqrat Zəkəryan bildirib. Qeyd edək ki, bundan əvvəl "Yerevan.Today" saytı insanların Meğridən Aqarak istiqamətində gedən yolda nəzarət-buraxılış məntəqəsindən keçməyə məcbur edildiyi barədə məlumat yaymışdı.
Zəkəryanın sözlərinə görə, təxminən 67 ildir ki, rus- sovet sərhədçiləri orada xidmət edir. "Lakin təxminən 8-9 ay əvvəl müxtəlif ərazilərdə 5 modul dayaq quraşdırıblar. Rəsmi zərurətdən çıxış edərək sərhədçilər vaxtaşırı avtomobilləri saxlayır və yoxlamalar aparırlar. Bu, "Dövlət sərhədi haqqında" Qanunda təsbit olunmuş təhlükəsizliyin təmin edilməsi üçün edilir", - Zəkəryan bildirib.
Xatırladaq ki, Azərbaycanın tarixi torpaqlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin Meğri sərhəd dəstəsi 1955-ci ildə yaradılıb.