Paşinyan: Üzv dövlətlər Ermənistanı KTMT-dən çıxarmaq qərarına gəlsələr, bu qərarı nəzərə almalı olacağıq
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi və bu qərarın mümkün nəticələri ilə bağlı iddialara münasibət bildirib.
"KTMT-dəki vəziyyət barədə şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən çıxarma mexanizmi var və o, işləyir. Üzv dövlətlər Ermənistanı çıxarmaq qərarına gəlsələr, bu qərarı nəzərə almalı olacağıq. Başqa çarəmiz yoxdur", - deyə Paşinyan mətbuat brifinqində üzv dövlətin KTMT-dən çıxarılması prosedurunun mövcudluğu və Ermənistanın işində belə bir sualın yaranma ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib. Armenpress xəbər verir.
İyunun 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan KTMT-yə 2025-ci il üzvlük haqqını ödəməyib və bunu təşkilatın fəaliyyətində iştirak etməməsi ilə əlaqələndirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 10-da bildirib ki, KTMT üzv dövlətlərinin xarici işlər nazirləri təşkilata olan borclarına görə Ermənistana qarşı mümkün sanksiyaların tətbiqini nəzərdən keçirəcəklər. O qeyd edib ki, Yerevanın borcu iki ildən çoxdur ki, ödənilməyib və bu, blokun nizamnaməsində nəzərdə tutulan prosedurların başlanması üçün əsasdır.
Ermənistan 2024-cü ilin fevral ayında KTMT-dəki üzvlüyünü rəsmi olaraq dondurub. Nikol Paşinyan "lazım gələrsə" təşkilatdan çıxmağı açıq şəkildə nəzərdən keçirir.
Əziz MUSTAFA





































.jpg)




















.jpg)
























