Qızılın qiyməti Yaxın Şərqdəki gərginlik səbəbindən aşağı düşüb
Qızıl qiymətləri cümə axşamı orta dərəcədə aşağı düşüb, Yaxın Şərqdəki vəziyyət isə diqqət mərkəzində qalır. Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat verib.
Bakı vaxtı ilə saat 14:04-ə qədər Comex birjasında avqust ayı üçün qızıl fyuçersləri 0,5% azalaraq unsiyası üçün 4112,3 dollara çatıb.
Gümüş 0,9% azalaraq unsiyası üçün 64,14 dollara, platin isə 1,2% azalaraq unsiyası üçün 1671,5 dollara düşüb.
İnvestorlar uzunmüddətli münaqişənin dünyanın mərkəzi banklarını inflyasiyanı cilovlamaq üçün əsas faiz dərəcələrini artırmağa məcbur edə biləcəyindən qorxurlar. İlk belə addım cümə axşamı günü görüşəcək Avropa Mərkəzi Bankı ola bilər. Sərt pul siyasəti qızıl üçün mənfi amildir, çünki o, digər faizli alətlərlə müqayisədə nisbi investisiya cəlbediciliyini azaldır.
Almaz Həsənli














































.jpg)




















.jpg)























