Fantastik filmlərdə gördüyümüz gələcəyə yavaş-yavaş irəliləyirik
Keçmiş "Apple" rəhbəri tərəfindən qurulan "Humane" şirkətinin ilk süni intellektlə dəstəklənən məhsulunun adı açıqlandı.
"Apple" şirkətinin keçmiş rəhbərlərindən olan İmran Çaudhri ötən günkü çıxışında hazırda həyata keçirdikləri süni intellekt layihəsi olan "Humane" şirkətinin ilk məhsulunu təqdim etdi. Budur, elmi fantastika filmindən çıxmış kimi görünən "Pin" adı verilən məhsul. Süni intellekt həyatımızın bir çox sahələrində bizə kömək edir.
2018-ci ildə Apple-ın keçmiş rəhbərləri tərəfindən “Humane AI” adlı layihəyə start verilib. Bu layihə süni intellekt köməkçilərinin insanlarla daha yaxşı ünsiyyət qurmasını təmin etmək üçün yeni metod və texnikalar hazırlamaq məqsədi daşıyırdı.
Onlar da bu məqsədlərə nail olublar. "Humane AI"-nin süni intellekt vasitəsinin adı məlum oldu: “Pin”
Pin adlanan bu alət istifadəçinin sinəsinə taxıla bilən kiçik və dəbli aksesuar kimi görünür. Üzərindəki mikrofon və dinamiklə istifadəçiyə rəy bildirməklə işləyən məhsulu geyimimizin istənilən hissəsinə əlavə edə bilərik. Hazırda Pin-in aparatları haqqında məlumatımız yoxdur.
Məhsulun ən maraqlı cəhəti odur ki, ekran kimi əks olunmasına üstünlük verdiyiniz istənilən səthdən istifadə edir. Siz bunu proyektor kimi düşünə bilərsiniz. Məsələn, başlıq şəklimizdə olduğu kimi və ya videoda izləyə bilərsiniz. Bir şəkili Pindən əlinizə proyeksiya edə və bu şəkildə idarə edə biləcəksiniz.
Pin xüsusiyyətləri arasında sinxron tərcümə xüsusiyyəti də var. Üstəlik, istədiyiniz dildən istədiyiniz dilə o an öz səsinizlə tərcümə edə bilərsiniz.
Pin, mümkün qədər kiçik və çətin görünsə də lakin danışıq və ya toxunuşda çox sadə nəzərə çarpan bir cihazdır. Hal-hazırda layihə haqqında şirkət rəhbərinin çıxışından başqa heç nə bilmirik. Yəni nə vaxt çıxacaq, harda çıxacaq, neçəyə başa gələcək kimi sualların cavabı sirr olaraq qalır. Amma deyəsən, elmi-fantastik filmlərdə gördüyümüz gələcəyə yavaş-yavaş irəliləyirik.
Murad Şahməmməd