Avstraliya gizli şəkildə SAS xüsusi təyinatlı qüvvələrini Yaxın Şərqə yerləşdirib
Avstraliya İran ətrafında münaqişənin gərginləşməsi qorxusu ilə Yaxın Şərqə elit SAS xüsusi təyinatlı qüvvələri bölməsi yerləşdirib. Daily Telegraph bu barədə məlumat verərək, yerləşdirmənin ictimaiyyətə açıqlamadan həyata keçirildiyini qeyd edib.
Nəşr mənbələrə istinadən bölmənin ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad hava bazasında yerləşdiyini göstərir, lakin yerləşdirmənin dəqiq yeri və təfərrüatları açıqlanmır. Daily Telegraph qeyd edir ki, yerləşdirilən qüvvələr "döyüş əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulmayıb və onların əsas vəzifəsi təhlükəsizliyi təmin etmək və ehtimal ki, diplomatik missiya heyəti üçün təxliyə əməliyyatları aparmaqdır".
Avstraliyanın Baş naziri Entoni Albanese əvvəllər dəfələrlə ölkəsinin Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etməyəcəyini və oradakı Avstraliya qoşunlarının hər hansı bir hərəkətinin "tamamilə müdafiə xarakterli" olduğunu və "Avstraliya vətəndaşlarının və xaricdəki obyektlərinin təhlükəsizliyini təmin etmək zərurətindən" qaynaqlandığını bildirmişdi. O, həmçinin Avstraliyanın İranın hücumuna məruz qalan dövlətlərin müdafiəsinə kömək etmək üçün Fars körfəzinə E7A Wedgetail hava hücumundan erkən xəbərdarlıq təyyarəsi və kiçik bir qoşun kontingenti yerləşdirdiyini bildirdi.
Əziz MUSTAFA



.jpg)







































.jpg)
.jpg)







































