Türkiyəli diplomatın qətlinin təşkilatçısı məhv edilib
Türkiyə xüsusi xidmət orqanları 2019-cu il iyulun 17-də Ərbildə türk diplomatı Osman Kösenin öldüyü terror aktının təşkilatçısı, Şimali İraqda xüsusi təhlükəli PKK terrorçusu Cəlal Qayanı məhv edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.
“TRT in Russian” nəşri Cəlal Kayanın PKK-nın kəşfiyyat strukturunda yüksək vəzifə tutduğunu, Türkiyə Silahlı Qüvvələrinə və türk dövlət qulluqçularına qarşı kəşfiyyat məlumatları topladığını yazıb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları terrorçuların liderinə qarşı əməliyyatı diqqətlə planlaşdıraraq, bir-birinin varlığından şübhələnməyən geniş agent şəbəkəsindən istifadə edib və onun hərəkətlərini addım-addım izləyiblər. Nəticədə Cəlal Qaya cəhənnəmə göndərilərək gorbagor olub.
Əziz Mustafa, Oxumeni.az