Danimarka dini kitabların yandırılması qadağan ediləcək
Danimarka hökuməti dini kitabların açıq şəkildə yandırılmasını qadağan edən qanun layihəsi hazırlamaq üzrədir. Bu barədə ölkənin Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Qanun layihəsi, məsələn, İncil və ya Quranın açıq şəkildə yandırılmasını cinayət hesab edəcək", - deyə açıqlamada bildirilir.
Danimarka Ədliyyə Nazirliyi qeyd edib ki, son vaxtlar bu cür ictimai aksiyalar ölkənin dünyanın bir çox yerlərində getdikcə daha çox digər dövlətlərin və dinlərin lşərlənməsinə xidmət edən ölkə kimi qəbul edilməsinə səbəb olub. Nazirlik bunun ciddi nəticələri ola biləcəyini vurğulayıb.
“Son zamanlar Danimarkada çoxlu Quran yandırıldığını gördük. Bunlar həm xaricdə, həm də daxildə danimarkalıların təhlükəsizliyinə xələl gətirən xoşagəlməz hərəkətlərdir”, - Ədliyyə Nazirliyinin rəhbəri Piter Hummelqaardbildirib.
Onun sözlərinə görə, buna görə də hökumət bu cür davranışın cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi irəli sürüb.
2023-cü ilin əvvəlindən Danimarka, İsveç və digər Avropa ölkələrində Quranın yandırılması aksiyaları daha tez-tez baş verir. Onlardan birincisi Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan olub. O, Türkiyənin Stokholmdakı səfirliyinin yaxınlığında müqəddəs kitabı yandırıb. Sonradan bu, güclü rezonansa səbəb oldu. Tənqidlərə cavab olaraq İsveç Xarici İşlər Nazirliyi hadisəni söz azadlığının nümayişi kimi izah edib.
Sonuncu belə aksiyalardan biri avqustun 18-də Stokholmdakı İran səfirliyinin yaxınlığında baş verib. Eyni zamanda orada olanlardan bir yanğınsöndürən balonla müqəddəs kitabı söndürməyə çalışıb.
Həmin gün İsveçin ictimai İslamın müqəddəs kitabının yandırılması ilə bağlı ictimai aksiyalara icazə verəcəyi də məlum oldu.
Əziz Mustafa
























.jpg)

























































