Rusiya-Çin “Dəniz əməkdaşlığı – 2024” təlimləri başa çatıb
Cənubi Çin dənizində Rusiya-Çin dəniz qüvvələrinin “Dəniz əməkdaşlığı 2024” birgə təlimi başa çatıb. Bu barədə iyulun 18-də Sakit Okean Donanmasının informasiya təminatı şöbəsi məlumat yayıb.
Birgə təlimlərin keçirilməsində məqsəd Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlığı gücləndirmək, həmçinin Asiya-Sakit okean regionunda sülh və sabitliyi qorumaq olub. Dəniz, sahil və hava hədəflərinə birgə artilleriya atəşi də daxil olmaqla ümumilikdə 30-a yaxın döyüş təlimi keçirilib.
Hərbçilər həmçinin sualtı qayıqlara qarşı əməliyyatlar, dəniz döyüşləri, gəmilər dəstəsi üçün hava hücumundan müdafiənin təşkili, gəmilərin konvoylaşdırılması, dənizdə axtarış-xilasetmə əməliyyatları həyata keçiriblər.
Oxuməni.az
Digər xəbərlər