Nigerin paytaxtındakı hava limanına hücum nəticəsində 11 hərbçi və 2 mülki şəxs həlak olub
Nigerin paytaxtı Niameydə yerləşən Diori Hamani Beynəlxalq Hava Limanına silahlı hücum nəticəsində azı 13 nəfər həlak olub. Oxuməni.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, bir qrup silahlı şəxs hava limanının ərazisinə daxil olmağa cəhd edib, lakin təhlükəsizlik qüvvələri tərəfindən terminala çatmamışdan əvvəl dayandırılıb.
İdarənin məlumatına görə, toqquşmalar zamanı 11 hərbçi və 2 mülki şəxs həlak olub. Həmçinin 22 hücumçu zərərsizləşdirilib, daha təxminən 20 şübhəli şəxs saxlanılıb.
Nazirlik qeyd edib ki, əməliyyat başa çatdıqdan sonra obyektin təhlükəsizliyi tam bərpa olunub və hava limanı normal rejimdə fəaliyyətini davam etdirib.
Məlumata görə, səhər tezdən hava limanı ətrafında intensiv atışmalar eşidilib. Bu, hava limanına ilk hücum deyil: yanvarın sonunda silahlı qruplar da obyektə hücum edərək, əraziyə daxil olmaq üçün avtomobil və motosikletlərdən istifadə etmişdilər.
Almaz Həsənli

























































.jpg)
.jpg)
.jpg)























