Aİ-nin təhlükəsizliyi möhkəmləndiriləcək
Ursula fon der Leyen ikinci müddətə Avropa Komissiyasının rəhbəri seçilərsə, blokun müdafiə sənayesini gücləndirmək, həmçinin Avropanın müdafiə üzrə komissarı postunu təqdim etmək niyyətindədir. Bu barədə Reuters onun 2029-cu ilə qədər olan seçki proqramına istinadən məlumat yayıb.
Bundan əlavə, fon der Leyen proqramına uyğun olaraq yenidən seçildikdən sonra ilk 100 gün ərzində Avropa müdafiəsinin gələcəyi ilə bağlı yeni sənəd hazırlamağı planlaşdırır. Sənəddə deyilir: “Növbəti beş il ərzində işimiz əsl Avropa müdafiə ittifaqının yaradılmasına yönəldiləcək”.
Oxuməni.az
Digər xəbərlər