Robert Fitso: Ukraynaya görə mənə qarşı yenidən sui-qəsd cəhdinə baş vurulub
May ayında qətlə yetirilən Slovakiyanın baş naziri Robert Fitso “Standard” qəzetinə müsahibəsində bildirib ki, oktyabrda onun iştirakı ilə keçirilən tədbirdə Ukraynadakı münaqişə ilə bağlı mövqeyindən narazı qalan silahlı şəxs saxlanılıb.
“Ən pisi odur ki, mənə qarşı sui-qəsd cəhdləri davam edir. Bizim Duklada tədbirimiz zamanı yenidən analoji insident baş vermdi, bu barədə ictimaiyyətə hələlik məlumat verilməyib”, -deyə o bəyan edib.
Oktyabrın 6-da Polşa-Slovakiya sərhədindəki Dukla aşırımında Karpat-Dukla əməliyyatının (1944-cü ilin payızında sovet qoşunlarının alman ordusuna qarşı hücum əməliyyatı) 80 illiyi ilə bağlı anım tədbirləri keçirilib. Onlarda Slovakiya hökumətinin və parlamentinin üzvləri, o cümlədən prezident Peter Pelleqrini və Fitso iştirak edib.
Daha sonra baş nazirin sözlərinə görə, Ukrayna ilə bağlı mövqeyinə görə ona nifrət edən bir nəfər silahlı şəxs saxlanılıb.
“O, tədbirdə iştirak edənlərin olduğu əraziyə daxil olarkən dedektor vasitəsi ilə yoxlanıldı. Məlum oldu ki, onda atəş aşmağa hazır vəziyyətdə olan silah var. Dərhal onu həbs edərək ərazidən uzaqlaşdırdılar”, - deyə Fitso bildirib.
Oxuməni.az




















































































