Meksikada qadınlar vəfat etmiş sevgililərinin tabutu yanında dalaşıblar
Meksikada vəfat etmiş bir kişinin vida mərasimi zamanı onunla münasibətdə olan iki qadın arasında münaqişə baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə "Daily Mail" xəbər verib.
Görənlərin sözlərinə görə, hadisə mərasimdə iştirak edən qadınlardan birinin tabutun yanında durarkən digər qadının diqqətini çəkdiyi anda başlayıb.
Onların arasında başlayan söhbət tezliklə qarşılıqlı iddialara, sonra isə davaya çevrilib. Hadisəyə digər iştirakçılar müdaxilə edərək toqquşmanı dayandırmalı olublar.
Hadisə yerindən çəkilmiş video sosial şəbəkələrdə yayılaraq fəal müzakirələrə səbəb olub. İstifadəçilər fikirlərini bölüşüblər: bəziləri baş verənlərə istehza ilə yanaşıb, digərləri isə qınayıb.
Bir şərhçi yazıb: "Ölən insan uğrunda döyüşmək nə qədər təəssüflüdür".
Almaz Həsənli































































































