Ərdoğan Türkiyənin İsraili işğal edəcəyinə edəcəyinə dair açıqlama verməyib: Ankaradan təkzib
Prezident Ərdoğanın guya İsraili "işğalla" təhdid etdiyinə dair verdiyi "açıqlamalar" təsdiqini tapmayıb. Türkiyə Dezinformasiya Mərkəzi (DMM) xəbərlərin reallığı əks etdirmədiyini bildirib.
Bəzi media orqanlarında və sosial mediada yer alan iddialardan sonra DMM yazılı bir açıqlama yayıb. Bəyanatda sözügedən açıqlamaların Prezident Ərdoğan tərəfindən verilmədiyi və reallığı əks etdirmədiyi vurğulanıb.
Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) rəsmi sosial media səhifəsində yer alan bir paylaşımda Türkiyənin dünən olduğu kimi bu gün də bölgəsində ədalət, sülh və sağlam düşüncənin səsi olmağa davam edəcəyi bildirilir və aşağıdakılar sitat gətirilir:
"Prezidentimizə aid edilən bəzi media orqanları və sosial media nəşrləri 'Türkiyə İsraili işğalla təhdid edir' iddiası tamamilə əsassızdır. Bu nəşrlərdəki iddialar həqiqətə uyğun deyil və regional sabitliyi pozmağa yönəlib. Türkiyə Respublikası əsrlər boyu davam edən dövlət ənənəsinə və vizyonuna uyğun olaraq, ilk növbədə bölgəmizdə, həm də bütün coğrafiyalarda zorakılığa son qoymaqda, mülki şəxsləri qorumaqda və davamlı sülhün bərqərar edilməsində həmişə aparıcı rol oynayır. Regional böhranların və münaqişələrin həllində ölkəmiz həmişə beynəlxalq hüquqa və diplomatik kanallara üstünlük verir və gərginliyin artması əvəzinə azalmasını nümayiş etdirir. Prezidentimizin rəhbərliyi altında Türkiyə, bölgə xalqlarının fərqliliklərindən asılı olmayaraq sülh, təhlükəsizlik və rifah içində yaşamasının son dərəcə vacib olduğunu vurğulayır."
Bəyanatda həmçinin vurğulanır ki, Türkiyə beynəlxalq hüquq və diplomatiya əsasında hərəkət edir və gərginliyi artıran deyil, azaldan siyasətə sadiqdir.
Əziz MUSTAFA




















































































