Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Berlinə səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Berlinə səfər edəcək və Almaniya kansleri Fridrix Merz ilə görüşəcək. Bu barədə t-online saytı Almaniya hökumətinin sözçüsünə istinadən məlumat yayıb.
"Polis bu səhər tezdən hökumət məhəlləsinə əhəmiyyətli təhlükəsizlik qüvvələri yerləşdirib... Dövlət səfəri ilə əlaqədar olaraq Kanslerlik ətrafındakı ərazini ən azı 50 polis maşını qoruyur",- deyə məlumatda bildirilir.
Sözçü bildirib ki, Zelenskinin səfəri Ukrayna-Almaniya hökumət məsləhətləşmələrinin bir hissəsidir. Gələcək müzakirələrin mövzuları hələ açıqlanmayıb.
Dünən Zelenski Avropa liderləri ilə ortaq hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı danışıqlar apardığını elan etdi. O, Ukraynanın Avropa təhlükəsizlik sisteminə inteqrasiyasının strateji seçim məsələsi olduğunu vurğuladı.
Daha əvvəl Zelenskinin Ukraynanın öz hava hücumundan müdafiə sistemini yaratmaq məqsədi qoyduğu bildirilirdi.
Əziz MUSTAFA




















































































