Səudiyyə Ərəbistanı ABŞ-dan Hörmüz boğazının blokadasına son qoymağı tələb edir
Səudiyyə Ərəbistanı ABŞ-dan Hörmüz boğazının blokadasına son qoymağı və İranla danışıqlar masasına qayıtmağı tələb edir. Oxuməni.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat verib.
Ər-Riyad Vaşinqtonun hərəkətlərinin Yaxın Şərqdə gərginliyə səbəb olacağından və Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husilərinin Bab əl-Məndəb boğazını bağlayaraq cavab verəcəyindən qorxur. Boğaz Qırmızı dənizi Ərəb dənizinin şimalındakı Ədən körfəzi ilə birləşdirir və krallığın neft ixracı marşrutunda əsas nöqtədir.
WSJ-nin məlumatına görə, husilər Səudiyyə Ərəbistanına onun ərazisinə və ya gəmilərinə hücum etməyəcəklərinə dair zəmanət veriblər. Lakin krallıq rəsmiləri vəziyyətin qeyri-sabit qaldığına inanırlar. Onlar husilərin Bab əl-Məndəb boğazından keçid üçün rüsum almağa başlayacağı ehtimalını istisna etmirlər.
Nəşrin qeyd etdiyi kimi, Fars körfəzi ölkələri Hörmüz boğazının İranın nəzarəti altına keçməsini istəmirlər. Lakin bu dövlətlərin bir çoxu ABŞ-dan boğaz məsələsini danışıqlar yolu ilə həll etməsini tələb edir.
Almaz Həsənli




















































































