Çin tankeri ABŞ-ın blokadasına baxmayaraq Hörmüz boğazından keçib
“Bloomberg” və “Reuters” agentliyi, gəmi izləmə xidməti MarineTraffic, London Stock Exchange Group (LSEG) analitik şöbəsi və Kpler analitik şirkətinin məlumatlarına istinadən xəbər verirlər ki, Çinlə əlaqəli "Rich Starry" tankeri dəniz blokadasına baxmayaraq Hörmüz boğazından keçib.
Oxuməni.az xəbər verir ki, bu tanker əvvəllər "Full Star" adı ilə tanınıb. “Bloomberg” yazır ki, 2023-cü ildə Tehranın enerji sanksiyalarından yayınmasına kömək etdiyinə görə sanksiya siyahısına daxil edilib.
Agentlik qeyd edir ki, bu, tankerin son sutkada Fars körfəzindən çıxmaq üçün ikinci cəhdidir. ABŞ blokadası qüvvəyə mindiyi zaman tanker İranın Keşm adası yaxınlığındakı dar keçidə istiqamət alıb, sonra geri dönüb və bir neçə saat sonra yenidən hərəkətə başlayıb, Çin sahibi və ekipajı olduğunu bildirən siqnal ötürüb. MarineTraffic-in məlumatına görə, tanker Malavi bayrağı altında üzür, lakin bu ölkənin hakimiyyəti bildirib ki, onların rəsmi dəniz gəmiləri reyestri yoxdur.
"Elpis" adlı başqa bir gəmi ABŞ blokadasının başlanması ilə eyni vaxtda Hörmüz boğazından Oman körfəzi sularına daxil olub. “Bloomberg” yazır ki, Kpler və Vortexa izləmə sistemlərinin məlumatına görə, Hörmüz boğazından keçməyə cəhd etməzdən əvvəl gəmi İran limanına daxil olub.
Almaz Həsənli





























































































