Tramp kimi vitse-prezident seçəcək? - 15 İYULDA
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp iyulun 15-də vitse-prezident postuna namizədinin adını açıqlayacaq.
Bunu D.Trampın seçki qərargahının rəhbəri Pol Manafort bəyan edib.
"Tramp vitse-prezident postuna namizədin adını cümə günü, Nyu-Yorkda elan edəcək", deyə P.Manafort bildirib.
CNN-in məlumatına əsasən, vitse-prezident postuna ən real namizədlər İndiana ştatının qubernatoru Maykl Pens, ABŞ Konqresi Nümayəndələr palatasının sabiq spikeri Nyu Qinqriç, Nyu-Cersi ştatının qubernatoru Kris Kristi, senatorlar Ceff Seşns, Coni Ernst və ABŞ hərbi kəşfiyyatının sabiq başçısı, general-leytenant Maykl Flinndir.
Mediainfo.az
Digər xəbərlər