Nüşabə Ələsgərli övlad arzusundadır

Nüşabə Ələsgərli övlad arzusundadır

29 Aprel 2011 11:53
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni İkinci evliliyindən razılıq edir


Artıq ikinci evliliyini yaşayan müğənni Nüşabə Ələsgərli iranlı həyat yoldaşından son dərəcə razılıq edir. O, doğru seçim etdiyinə əmindir və özünü dünyanın ən xoşbəxt qadını hesab edir. Bundan başqa, Nüşabə xanım yeni evliliyinin sağlam və möhkəm olmasından ötrü bir uşaq da dünyaya gətirmək fikrindədir. Birinci nikahdan olan övladlarını anasının himayəsində qoysa da, hər gün uşaqları ilə görüşən N.Ələsgərli ailə məsələləri ilə əlaqədar səhnədən müvəqqəti uzaqlaşsa da, toy təkliflərindən heç də uzaqlaşmaq fikrində deyil.


Sonra da deyirlər ki, sənəti ailəyə qurban vermək şərtdir...


Könül Aypara


O.M.