Təranə Qumral Musa Musayevlə barışdığını bildirdi

Təranə Qumral Musa Musayevlə barışdığını bildirdi

17 Aprel 2013 18:09
Bəyəndim (0) Bəyənmədim (0)
Musa Musayev: “Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram”

Müğənni Təranə Qumral ilə keçmiş həyat yoldaşı Musa Musayev barışıb. Lent.az-a açıqlama verən Təranə Qumral bildirib ki, Musa əsəbi olduğu üçün bu cür açıqlamalar verib: "Biz dünən gecəni Musa ilə bir yerdə keçirdik. Oturub söhbətləşdik. Qərara aldıq ki, barışaq. Özü də mənə etiraf etdi ki, bu sözləri əsəbi şəkildə söyləyib. Mən Musanı sevirəm. Ürəyimdə ondan başqasına yer yoxdur. Ölənə qədər də ürəyimdə olacaq. Bunu ona dəfələrlə söyləmişəm. Elə onun özü də dünən məni sevdiyini dedi. O, elədiyi hərəkətlərə, dediyi sözlərə görə peşmandır. Yəni biz barışdıq".

Xatırladaq ki, 15 aprel günü səhər saatlarında Musa Musayev redaksiyaya zəng vuraraq Təranə Qumraldan ayrıldığını bildirmiş, həyat yoldaşının ünvanına təhqiramiz sözlər işlətmişdi. O, Təranə Qumralla birdəfəlik yollarını ayırdığını bildirərək demişdi: "Mən indən belə onun yanına qayıtsam, başıma arvad kimi yaylıq bağlayaram".

O.M.