
"Facebook" "bəy" nişanlandımı?
"Facebook"un qurucusu Mark Zukerberqin 7 ildir birlikdə olduğu Precila Çan ilə nişanlandığı iddia edilir. İddianı ortaya atan isə "Microsoft"un prezidenti Bill Geyts olub. İngilis "Daily Mail" qəzetinə müsahibə verən milyarder Markla xeyriyyə işlərini davam etdirəcəklərini açıqlayıb. Müsahibəsində o, 26 yaşlı "Facebook" müdirinin sevgilisindən "Markın nişanlısı" deyə bəhs edib.
"Facebook"dakı milyonlarla qızın arzusu ürəyində qaldı. Artıq "Twitter"ə keçmək vaxtıdır.
Günel Həbib
O.M.
Digər xəbərlər