
"Öyle bir geçer zaman ki"nin Ali kapitanı öldü!
Bir neçə ay bundan öncə Türkiyənin "Kanal D" televiziyasında
yayımlanan "Öyle bir geçer zaman ki" serialı sual işarəsi altında sezonla
vidalaşmışdı. Son bölümündə serialda tapançadan çıxan güllə ilə balıqçınınmı,
yoxsa Ali kapitanınmı öldüyü naməlum qalmışdı. Amma artıq məlumdur ki, Ali
kapitan ölür! Bu xəbər heç bir yerdə təsdiqini tapmasa da, bizim bu iddiamızı kanalın
təqdimat videosu təsdiqləyir. Çünki fraqmanda serialın bütün heyəti olsa da,
nədənsə Ali kapitanın nə səsi çıxır, nə də görüntüsü. Məntiq bu halda deyir ki,
serialın zalım, cəsarətsiz atası Ali kapitan builki çəkilişlərdə görünməyəcək. Və layihə ilə vidalaşacaq.
Günel Həbib
O.M.
Digər xəbərlər