Yaqut Nəriman "Onun yarısı" verilişinin musiqili siması oldu

Yaqut Nəriman "Onun yarısı" verilişinin musiqili siması oldu

31 Yanvar 2012 18:37
Bəyəndim (0) Bəyənmədim (0)
O, həm də Oxumeni.az saytının şöbə müdiri Şəlalə Nərimanın bacısıdır

Televiziya məkanında xoşməramlı formatı ilə fərqlənən "Onun yarısı" verilişi yeniliklər etməkdə davam edir. Proqramın romantik formatı iştirakçıların istəklərini ödəməklə yanaşı artıq sosial əhəmiyyət kəsb etməyə başlayıb. Belə ki, verilişdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən iştirakçıların problemləri dərindən təhlil olunur. Bu da təbii ki, cəmiyyətin hər bir zümrəsinin marağına səbəb olur. Həmin maraq avtomatik olaraq televiziya reytinqlərində və ictimai müzakirələrdə, eyni zamanda iştirakçıların sayının artımında, onların fəallığında müşahidə olunur.

"Onun yarısı" verilişi bu gün də tamaşaçılara növbəti yeniliyini təqdim etdi. Gənc və istedadlı müğənni Yaqut Nəriman verilişin musiqili siması oldu. Bu isə öz növbəsində proqramın baxımlılığında daha da böyük uğurlara səbəb olacaq.

Xatırladaq ki, Yaqut Nəriman Oxumeni.az saytının və Oxu Məni qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri Şəlalə Nərimanın bacısıdır. Yəqin ki, son zamanlar kəskin və obyektiv yazıları ilə mətbuatın gündəmində olan Şəlalə Nərimanı təqdim etməyə ehtiyac yoxdur. Bunun üçün "Şəlalə" rubrikasındakı müsahibələri oxumaq kifayətdir...

Könül Aypara

O.M.