Rəşad Dağlı tezliklə hamını təəccübləndirəcək

Rəşad Dağlı tezliklə hamını təəccübləndirəcək

21 Aprel 2011 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Meyxana aləminin ən gənc ustadı Rəşad Dağlı (Əmirov) bu gün 27 yaşını qeyd edir. Meyxanaçıdan aldığımız məlumata görə, o, builki ad gününü təmtəraqlı qeyd etməyə hazırlaşmır. Sadəcə, ailə üzvlərini və ailəyə yaxın insanları başına toplayaraq kiçik bir ziyafətlə kifayətlənməyi qərara alıb.


O, 3 ildən sonra 30 illik yubileyini geniş şəkildə qeyd etməyi planlaşdırır. Hələlik isə başı ailə qayğılarına və sənət planlarına qarışıb. Meyxanaçı tezliklə yeni və çox fərqli bir layihə ilə pərəstişkarlarını sevindirəcəyini bildirib.


Qısa zaman çərçivəsində ətrafına fanat ordusu toplayan gənc meyxanaçını biz də Oxu məni ailəsi adından təbrik edir, ona həyatda və işlərində müvəffəqiyyətlər arzulayırıq.

Könül Aypara

O.M.