Rəşad Dağlı qardaşına qovuşdu
Meyxanaçının bir üzü güldü, digəri ağladı
Bir neçə gün öncə 28 yaşını qeyd edən populyar meyxanaçı Rəşad Dağlının həyatında bu günlərdə daha bir yenilik oldu. Belə ki, o, uzun müddət yolunu gözlədiyi qardaşına qovuşdu. Çünki Ağamalı Əmirov vətənə borcunu ödəmək üçün həqiqi hərbi xidmətdə idi. Bir il altı aydan sonra sonuncu ailəsinə, ailəsi isə evin son beşiyinə qovuşdu. Onu da xəbər verək ki, Rəşadın kiçik qardaşının zərgərlik məmulatlarına və biznesinə həvəsi olduğu üçün o, artıq bu yolda ilk addımlarını atmaqdadır.
Meyxanaçının üzü gülsə də, bu gün bir az əhval-ruhiyyəsi pozulub. Çünki onun 77 yaşlı nənəsi Mədinə Bağırovanın səhhətində problem yaranıb. Həkimlərin müayinəsindən keçən Mədinə xanımın hazırda vəziyyəti stabildir.
Allah şəfa versin!
Günel Həbib
O.M.
Digər xəbərlər