Dünyanın ən bahalı rəssamı Yayoi Kusama vəfat edib
Yapon rəssam Yayoi Kusama 97 yaşında dünyasını dəyişib. Oxuməni az xəbər verir ki, bu barədə cümə axşamı "Kyodo News" məlumat yayıb.
Agentliyin məlumatına görə, rəssam avqustun 14-də vəfat edib, lakin bu barədə məlumat yalnız indi açıqlanıb. Rəssam xəstəxanada poliorqan çatışmazlığından dünyasını dəyişib.
Kusama 1929-cu ildə Matsumotoda anadan olub. Uşaqlıqdan görmə hallüsinasiyaları yaşayıb. Sonradan bu hallüsinasiyalar onun yaradıcılığında – ilk növbədə, onun vizit kartına çevrilən təkrarlanan nöqtə və tor naxışlarında öz əksini tapıb.
1957-ci ildə Kusama ABŞ-a köçüb və Nyu-Yorkda avanqard səhnənin ən görkəmli simalarından birinə çevrilərək rəngkarlıq, heykəltəraşlıq, performans və instalyasiya sahələrində çalışıb.
Onun ən çox tanınan əsərləri arasında balqabaq formalı heykəllər və "Infinity Mirror Rooms" (Sonsuz güzgü otaqları) adlı instalyasiya silsiləsi var.
1973-cü ildə rəssam Yaponiyaya qayıdıb və sonradan könüllü olaraq Tokiodakı psixiatriya klinikalarından birində məskunlaşıb, lakin yaxınlıqdakı studiyasında hər gün işləməyə davam edib. Kusama həmçinin romanlar və şeirlər yazıb.
Onun sərgiləri dünyanın ən böyük muzeylərində keçirilib, əsərləri isə hərraclarda milyonlarla dollara satılıb. 2016-cı ildə Kusama incəsənətə verdiyi töhfələrə görə Yaponiyanın Mədəniyyət Ordeni ilə təltif edilib.
Y.Kusama ömrünün son günlərinə qədər rəsm çəkməyə davam edib. Rəssam həmçinin sevginin dünyanı xilas edə biləcəyinə dair inancına sadiq qalıb.
Almaz Həsənli




























































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)





























