Borrel əvvəlcə Kiyevə, sonra Moskvaya təhlükəsizlik zəmanəti verməyi təklif etdi

Borrel əvvəlcə Kiyevə, sonra Moskvaya təhlükəsizlik zəmanəti verməyi təklif etdi

6 Dekabr 2022 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynadakı münaqişənin sona çatması ona təhlükəsizlik zəmanəti verməklə əldə ediləcək və bundan sonra Rusiya üçün zəmanətlərdən danışmaq olar.

Oxuməni.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Josep Borrel Parisdəki Jak Delor İnstitutunda çıxışı zamanı bildirib.

"Münaqişənin sonu beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilməlidir" detə Borrell vurğulayıb. O, bu çərçivədə "Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsini"nəzərdə tutduğunu açıqladı.

"Rusiya üçün (təhlükəsizlik zəmanətlərinə) gəldikdə, bu barədə daha sonra danışacağıq",- deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Əziz Mustafa, Oxuməni.az