Parlament seçkilərinin nəticələri iyun ayında məlum olacaq

Parlament seçkilərinin nəticələri iyun ayında məlum olacaq

26 Aprel 08:16
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada əhali sayına görə Çini ötərək birinci yerdə qərar tutan Hindistanda parlament seçkilərinin ikinci turu başlayıb. 13 ştatda keçirilən seçkilərin bu mərhələsində 160 milyon insanın səs verəcəyi gözlənilir.

Seçkilərin iyunun 1-dək başa çatacağı gözlənilir.

Qeyd edək ki, Hindistan ərazisinin təbii iqlim şəraitinə görə müxtəlif olması və eyni zamanda əhalinin çoxluğu səbəbindən seçkilər mərhələlərlə aparılır.

Hindistan parlamentində 543 deputat var və bu mərhələdə onun yalnız 88 yeri uğrunda mübarizə aparılacaq.

Seçkilərin təhlükəsizliyini təmin etmək üçün 3 helikopter və 30 mindən artıq polis cəlb edilib.

Oxuməni.az