Daşqınlar nəticəsində 32 nəfər həyatını itirib

Daşqınlar nəticəsində 32 nəfər həyatını itirib

26 Aprel 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Keniyada leysan yağışların səbəb olduğu daşqınlarda hələlik verilən ilkin məlumatlara görə 32 nəfər həyatını itirib.

Keniyadakı Qızıl Xaç Cəmiyyəti tərəfindən verilən açıqlamada keçən aydan bəri davam edən aramsız yağışların həyata mənfi təsir göstərdiyi qeyd edilib.

Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox məhəllələrin isə su altında qaldığı bildirilib.

Ölkədəki dəmir yolları qurumu artıq şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını elan edib. Daşqınlardan zərər çəkənlər üçün axtarış-xilasetmə işləri davam etməkdədir…

Oxuməni.az