Nigeriyada güclü sel həbsxananı aparıb

Nigeriyada güclü sel həbsxananı aparıb

26 Aprel 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriyada yağan güclü yağışlar fəsadlara yol açıb. Yağışların nəticəsində gələn sel Suleja şəhərindəki həbsxananı aparıb. Bundan istifadə edən 118 nəfər məhkum həbsxanadan qaçıb.

Bununla bağlı Reuters agentliyinin yaydığı məlumata görə, hələlik həbsxanadan qaçanlardan yalnız 10 nəfəri həbs etmək mümkün olub, digərlərinin axtarışı isə nəticə verməyib. Polis isə ümid edir ki, onları gec-tez yenidən həbs etmək mümkün olacaq.

Oxuməni.az