Moskva və Pekin arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur

Moskva və Pekin arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur

26 Aprel 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva və Pekin arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

Qərbin sanksiyalarına baxmayaraq Çin-Rusiya münasibətlərində bütün sahələr, o cümlədən hərbi-texniki sahə üzrə əməkdaşlıq ildən-ilə inkişaf etdirilməkdədir. Buni iki ölkə arasında ən yüksək səviyyəli dövlət rəsmilərinin çoxsaylı qarşılıqlı səfərləri aydın şəkildə göstərir. Bu çərçivədə də Rusiya prezidenti Vladimir Putinin Çinə gözlənilən səfəri diqqəti cəlb etməkdədir.

Bu arada Vladimir Putin də Çinə gözlənilən səfəri barədə açıqlama verib. O, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayındakı çıxışında Çinlə münasibətlərə toxunaraq deyib ki, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədə inkişaf etdirilir.

Putun may ayında Çinə səfər edəcəyini və bunun ikitərəfli əlaqələrə yeni töhfələr verəcəyinə ümid etdiyini bəyan edib.

Oxuməni.az