Fransa daha bir Afrika ölkəsindən qovulur

Fransa daha bir Afrika ölkəsindən qovulur

26 Aprel 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Afrikada Fransanın varlığına son qoyulması prosesi sürətlə davam etməkdədir. Belə ki, Qabon da ölkədəki Fransa bazasının bağlanması üçün ilk addımlar atmağa başlayıb.

Bu müstəvidə də Qabon milli dialoq iştirakçıları ölkədə Franasanın varlığına son qoyulmasını və onların hərbi bazasının bağlanmasını tələb ediblər.

Qabonun keçid dövrü üzrə rəhbəri Bris Oliq Nguema öz növbəsində RFI radiostansiyasına açıqlamasında deyib ki, aprelin 30-da milli dialoq iştirakçılarının bu tələblərinə baxılacaq. İclasda Qabonun Fransa ilə hərbi əməkdaşlığına yenidən baxılması və onlara məxsus hərbi bazanın ölkə ərazisindən çıxarılması məsələsi müzakirə ediləcək.

Bris Oliq Nguemanın fikrincə, fransız qoşunlarının ölkədən çıxarılması və hərbi bazanın bağlanılması barədə qərar qəbul edilməsi ehtimalı kifayət qədər yüksəkdir.

Oxuməni.az