Ukraynanın silahlarla təchiz edilməsi prosesinə yeni ölkələr qoşulur

Ukraynanın silahlarla təchiz edilməsi prosesinə yeni ölkələr qoşulur

26 Aprel 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada gedən müharibə ilə əlaqədar bu ölkəyə müasir silahların verilməsi prosesi yeni mərhələyə qədəm qoyub. Bu müstəvidə də İspaniya Ukraynaya "Patriot" hava hücumundan müdafiə raketləri verməyə hazırlaşır.

Bununla bağlı "El Pais" qəzeti müdafiə nazirliyindəki mənbəsinə istinadən bildirib ki, İspaniya Ukraynaya "Patriot" batareyası deyil, ancaq onun üçün nəzərdə tutulan raketlər verəcək.

İspaniya müdafiə nazirliyi bəyan edib ki, Ukraynaya "Patriot" batereyasının verilməməsinə səbəb onlarda cəmi üç belə sistemin olması ilə əlaqədardır.

Oxuməni.az