NATO-ya üzv ölkələr müdafiə xərclərini artırırlar

NATO-ya üzv ölkələr müdafiə xərclərini artırırlar

26 Aprel 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-ya üzv ölkələr qurum rəhbərliyinin təkidi və tövsiyəsi ilə müdafiə xərclərini artırmaqda davam edirlər.

Bu müstəvidə də bir müddət əvvəl NATO-ya üzv qəbul edilən İsveç 2030-cu ilə kimi müdafiə xərclərini iki dəfə artıracaq. Bu barədə məlumat verən parlamentin müdafiə məsələləri üzrə komissiyası bəyan edib ki, müdafiə xərcləri iki dəfə artırılaraq ÜDM-in (Ümumdaxili məhsulun) 2,6 faizinə çatdırılacaq.

Qeyd edək ki, İsveç son 4 il ərzində müdafiə xərclərini təxminən iki dəfə artıraraq 119 milyard krona (11,52 milyard dollar) çatdırıb.

Oxuməni.az