NATO-ya üzv ölkələrdə nüvə silahları yerləşdiriləcək

NATO-ya üzv ölkələrdə nüvə silahları yerləşdiriləcək

26 Aprel 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-ya üzv ölkələrdə nüvə silahlarının yerləşdirilməsinə hazırlıq gedir. Bu barədə Polşa müdafiə nazirliyinin nümayəndəsi Amerikanın “Newsweek” nəşrinə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Polşa NATO-nun nüvə silahlarının quruma üzv ölkələrdə yerləşdirilməsi siyasətinə dəstək verir.

Rəsmi nümayəndə eyni zamanda deyib ki, Polşada nüvə silahının yerləşdirilməsi ölkənin müdafiə qabiliyyətini daha da artıracaq və bununla onun təhlükəsizliyi təmin edilmiş olacaq.

Qeyd edək ki, hazırda NATO-nun nüvə silahlarının Pribaltika, Skandinaviya və digər ölkələrdə də yerləşdirilməsi ilə bağlı danışıqlar aparılır.

Oxuməni.az