Türkiyə yenidən Ukraynada sülhün əldə edilməsinə öz töhfəsini verə bilər

Türkiyə yenidən Ukraynada sülhün əldə edilməsinə öz töhfəsini verə bilər

26 Aprel 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə yenidən Ukraynada sülhün əldə edilməsinə öz töhfəsini verə və bununla bağlı proseslərdə fəal iştirak edə bilər.

Bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar yerli mətbuata verdiyi açıqlamasında bəyan edib. Bodnar İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fəal iştirak edəcəyinə inandığını deyib.

Səfir İsveçrədə keçiriləcək sülh konfransında iştirak edəcək dövlət başçılarının Ukraynanın simasında dünyada haqqı, ədaləti, demokratiyanı müdafiə edəcəklərini xüsusi vurğulayıb.

Oxuməni.az