Boris Conson Ukraynanın Rusiyanı necə məğlub edə biləcəyinə aydınlıq gətirib
Böyük Britaniyanın keçmiş baş naziri Boris ConsonUkraynanın Rusiyanı məğlub etməyə qadir olduöunu deyib və bununla bağlı planını açıqlayıb. Bununla bağlı Consonun planında deyilir:
1. Ukraynanın NATO-ya daxil olma tarixi:
Conson vurğulayıb ki, Ukrayna artıq azad, müstəqil, demokratik Avropa dövlətidir, ona görə də Qərb “təhlükəsizlik zəmanəti verməyə” qərar verməli və Ukraynanın NATO-ya daxil olması üçün konkret tarixi göstərməlidir.
2. Maliyyə yardımı:
Müharibədə qələbə üçün maliyyə resursları təmin etmək üçün Ukraynaya Lend-Lease proqramına bənzər 500 milyard dollar kreditin verilməsi təklif edilir.
3. Raket dəstəyi:
- Conson ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya hərbi bazalarına hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə vermək qərarını alqışlayıb.
- O, Böyük Britaniya və Fransanı Ukraynaya "Storm Shadow" və SCALP qanadlı raketlərindən istifadə etmək icazəsi verməyə çağırıb.
Consonun sözlərinə görə, bu tədbirlər Rusiya prezidenti Vladimir Putini inandırmağa kömək edəcək ki, o, “nəhəng səhv edib” və heç vaxt Ukraynanı fəth edə bilməyəcək.
Keçmiş baş nazirin təklifləri onun Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsində dəstəklənməsinə dair qəti mövqeyini əks etdirir.
Xatırladaq ki, Conson iyulun 21-də Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə istifadə edə biləcəyi Ukrayna ilə bağlı sülh planını açıqlamışdı.
Belə bir plana görə, rus əsgərləri 2024-cü il fevralın 24-dək işğal altında olan ərazilərə geri çəkilməlidir.
Conson həmçinin Avropa ölkələrindəki bəzi Amerika əsgərlərinin Rusiya təhlükəsini dəf edən ukraynalılarla əvəzlənməsini təklif edir.
Böyük Britaniyanın keçmiş baş naziri belə bir təşəbbüslə ABŞ-da Donald Trampla görüşəndən bir neçə gün sonra dərc edib.
Oxuməni.az