Vladimir Putin Ukraynanın zərbələrindən qorxaraq yeraltı bunkerdə gizlənir
Rusiya diktatoru Vladimir Putin Ukraynanın Qərbin Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməsinə icazə verməsindən sonra Kremldəki iqamətgahında deyil, qorxudan Moskva ətrafındakı yeraltı bunkerdə gizlənir.
Bu barədə RBC Ukrayna kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. Nəşrin iddiasına görə, Putin yüksək səviyyəli dövlət rəsmilərini elə bunkerdə də qəbul edir. Təhlükəsizlik məqsədi ilə Putinin mühafizəsi üçqat artırılıb.
Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da RBC-Ukrayna YouTube kanalına şərhində bildirib ki, Putin böhranlı vəziyyət yarananda həmişə "harasa yoxa" çıxır. Onun sözlərinə görə, Putinin Qərbi Ukraynaya nüvə zərbəsi endirəcəyi barədə təhdid etməsi də rusiyalı diktatorun qorxması ilə əlaqədardır.
Oxuməni.az