NASAMS hava hücumundan müdafiə sistemi artıq Ukraynadadır
Kanada hökumətinin almağa kömək etdiyi NASAMS hava hücumundan müdafiə sistemi artıq Ukraynaya çatdırılıb.
Bunu Kanadanın milli müdafiə naziri Bill Bleyer deyib.
"Əməliyyat təhlükəsizliyi baxımından sizə bu barədə əlavə məlumat verə bilmərəm, lakin biz nəhayət onları Ukraynaya çatdıra bildik .Düşünürəm ki, bu, onlara vətəndaşları qorumağa imkan verəcək", - Kanadalı nazir deyib.
Ukraynaya verilən NASAMS hava hücumundan müdafiə sistemi Kanada hökumətinə 406 milyon ABŞ dollarına başa gəlib.
Oxuməni.az
Digər xəbərlər