Livanda münaqişə ili ərzində 15,6 mindən çox ev zədələnib və ya dağılıb
İsrail və şiə Hizbullah qruplaşması arasında bir il davam edən döyüşlər zamanı Livanın cənubunda 15600-dən çox bina zədələnib və ya dağılıb. Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
Nəbatiyyə və Cənubi Livan əyalətlərindəki yeddi rayonun peyk şəkillərini tədqiq edən Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) tədqiqatçıları, döyüşlərin 8 milyon tondan çox bina dağıntısı çıxardığını təxmin edirlər.
İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib. ABŞ prezidenti Co Bayden bəyan edib ki, yəhudi dövləti ilə Hizbullah arasında razılaşmalar 60 gün ərzində Livan ordusu və dövlət təhlükəsizlik qüvvələri tərəfindən respublika ərazisinə nəzarətin bərpasını nəzərdə tutur. Bundan sonra İsrail ordusu tədricən Livandan çəkiləcək.
Oxuməni.az