Dünyanın ən böyük iqtisadi güclərindən biri olan ölkədə tam xaos hökm sürür
Dünyanın ən böyük iqtisadi güclərindən biri olan Cənubi Koreyada tam xaos hökm sürür. Cənubi Koreya prezidenti Yoon Suk Yeol hərbi vəziyyət elan edib. Müxalifəti hökuməti iflic etməkdə günahlandıran Yeol hərbi vəziyyətin elan edilməsinin məqsədinin Şimali Koreya ünsürlərini dövlətdən təmizləmək olduğunu bildirib. Ana müxalifət partiyası olan Demokrat Partiyası bu qərardan sonra deputatlarını parlamentdə ayağa qaldırıb. Parlamentdə keçirilən səsvermədə hərbi vəziyyət qərarının etibarsız sayılması qərara alınıb. Prezident Yeol hərbi vəziyyət qaydasının ləğv ediləcəyini açıqlayıb və parlament binasına girməyə cəhd edən Cənubi Koreya əsgərləri geri çəkilib. Müxalifətdə olan Demokrat Partiyasından verilən açıqlamada “Əgər o, dərhal istefa verməsə, Yoona qarşı impiçment prosesi başlanacaq” deyə qeyd edilib…
Oxuməni.az